Dodaqlarından
Mənim yarım sığallanıb gələndə,Sanasan qan süzür dodaqlarından.Şölə verir zənəxdanın çevrəsi,Nur tökülür göyçək yanaqlarından.
Gərdən çəkib, tənə qılar qulara,Həsrətindən bağrım dönər sulara,Pərilər evladı derlər bulara,Bular da gözəldir ocaqlarından.
Ağ sinən gözəldir, gərdən gözəldir,Sərasər əndamın birdən gözəldir,Sərv qəddin sənubərdən gözəldir,Qolların, topuğun, buxaqlarından.
Dəhanın sədəfdir, dişlərin inci,Sən məni eylədin ellər gülüncü,Libasın əlvandır, çarqat narıncı,Saçaqlar yaraşır qıraqlarından.
Vaqifin dərdini biləydi yarı,Dərdinə bir dərman qılaydı yarı,Qədəm basıb müdam gələydi yarı,Öpəydim əlindən, ayaqlarından.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-dodaqlarindan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevdiyim, ləblərin yaquta bənzər,Sərasər dişlərin dürdanədəndir.
SevmişəmUzun ağ, dəyirmi, gözun məstana,Baxışın bağrımı dondərdi qana.
Səhər-səhər həsrət ilən gəzirdimSəhər-səhər həsrət ilən gəzirdim,Cüt qoşa nar gördüm iki sinədə.
SənəOturuşun gözəl, duruşun gözəl,Sallanışın gözəl, yerişin gözəl,
Başqa şairlərin şeirləri
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
ای به جلال تو شرف، قدرت ذوالجلال راگشته کمال تو گوا، قادر پر کمال را
Təndə canın bilməyənlər bilmədi canan nədir?Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?
Qasım bəy ZakirəZakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli mat