Yurd-yuva həsrəti çəkirlərÖz ana yurdunda qaçqınlar.Nə qədər cəfalar çəkirlər,Bu evi dağılmış Məcnunlar.

Köçürlər bu yerdən o yerə,Köçləri nədir ki, bir həsir.Baxıram o ağlar gözlərə,Bir kasa qan olub hərəsi.

Əynində bircə dəst paltarı,Əzilib-üzülüb, daralıb.Özünə sığınacaq axtarırQocalar, uşaqlar, qarılar.

Adamın kəsilir əlacə,Öz adı da çıxır yadından,Vətəndə olublar qaraçı,Vətənsiz qalıblar vətəndə.

Yurdları düşmən əlində,Özləri həsrətin, kədərin.Dəhşətə baxın ki, gün-gündən

Hey artır sayları, qədəri.

Hey artır, qış ötür, yaz gəlirBu evi dağılmış məcnunlar,Ölkəni bürüyüb az qala,Bürüyüb doğmaca qaçqınlar.

Qaçqınlar yad yerə qaçalar,Bizimki Vətəndən, Ya Rəsul…Fağırlar, yazıqlar, naçarlarGəzirlər ümidsiz, çarəsiz.

Tökülüb gəlirlər şəhərə,Bakı da az qala üzülür.Bəzisi ev tapır bir təhər,Bəzisi qohuma qısılır.

Bəzisi məktəbdə, bəzisiYaşayır tələbə yerində…Hamı da acıqlı, əsəbi,Pərişan, narahat, deyingən.

Neyləsin, dərdlidir fağırlar,Yurdları çıxıb əllərindən.Qaçqınlar nə zaman axırda,Görəsən, dönəcək yerinə?!

Vətənsiz qalıblar VətəndəElə bil olublar qaraçı.Əlləri yurduna yetəndəSağalar hamının yarası…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən