Ölüm-olum vaxtı gəlib…
Vətənimiz, millətimiz ağrı çəkir,Günlərimiz ağır ötür, ağır keçir…Varlığımız niskin doldu, sual dolu,Hər sualın özündən də sual doğur…Qəlb dolusu bir sevinən, gülən yoxdur…Dumandayıq, irəlini görən yoxdur…Ey quşbazlar, bir quş seçin əlasından,Uça bəlkə bizim Şuşa qalasından…Lələyinə bir namə də götürsün o,Dərdimizi xan qızına yetirsin o…Qonsuz Cıdır meydanına çatan kimi,Görsün İsa bulağımız yerindəmi?..Qarabağın göylərində dönə-dönə,Cövlan etsin hamımızın əvəzinə…Əli qanlı, dişi qanlı düşmən yəni.Heç qoyarmı ora bizim göyərçini?..Heç qoyarmı cəllad ola, Şuşa ola?..Kölgəmizi qılınclayar düşə ora…Dünənimiz, bü günümüz ağrı çəkir,Aylarımız ağır ötür, ağır keçir…Torpağımız, ürəyimiz dəlmə-deşik,Üzdən sağıq, içdən isə çürümüşük…Gör nə qədər açılmayan düyün qalır,Hər cavabın özü belə müəmmalı…Bir milyondan artığımız dərbədərdir,Bu millətin ölümünə bərabərdir…Dörd yanımız düşmən dolu, satqın dolu,Qeyrətsizlik çox adicə bir hal olub…Qardaş durub qardaşına güllə atır.Bu qardaşın qardaşına «pay sovqatı»,Başçı Ana torpağını pula satır,Bu başçının öz xalqına «pay sovqatı»…Çox-çox cənnət məkanımız əldən gedib,
Nə gedibsə xalqdan gedib, eldən gedib…Neçə-neçə şəhərimiz talan olub,Təbriz dərdi, Dərbənd dərdi yalan olub…İnamımız, imanımız ağrı çəkir,Həyatımız ağır ötür, ağır keçir…Hamı alqı-satqı ilə zəhərlənib,İtirmişik çox mənəvi dəyərləri…Alver edir uşaq, böyük, cavan, qoca,Başdan-başa bazar olub Azərbaycan.Almaq olur, satmaq olur hər nə desən,O, əvvəlki məmləkətdən yoxdur əsər.O, əvvəlki adamların boş səsi var,Batini yox, zahiri var, kölgəsi var…Hara baxsan, hara getsən dükan-dükan,İtib nizam, itib zaman, itib məkan,Təmiz kəslər ac-yalavac, miskin, naçar,Tale nə vaxt üzlərinə qapı açar?..Hər görəndə alt-üst olur gümanların,Tursik satan, lifçik satan cavanların…Yeyən yeyir, çalan çalır, alan alır,Millətimiz gör, nə yaman günə qalır…Belə getsə xilasına güman yoxdur,Özümüzdən özümüzə aman yoxdur…Ulu xalqım, gəl şairin sözünə bax,Aç gözünü, yaxşı-yaxşı özünə bax,Yetər, qəflət yuxusundan dur, qalx daha,Düz sümüyə dirənibdir bıçaq daha,Qalx, dostunu düşmənindən ayır, xalqım,Ölüm-olum vaxtı gəlib, ayıl, xalqım…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-olum-olum-vaxti-gelib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
Əzm eylə diyari-ŞirvanıƏzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Ana dilimDilim, –su kimi büllur,