Yaxşıların itkisinə dözə bilmirəm…
Zülmət çökdüGöylərimin asimanında,Daşa dəydi,Arzum yenə, inamım yenə…YaxşılarınBu az, öu qıt, yox zamanında,Bir yaxşı daTərk elədi dünyanı yenə…NanəciblərGöbələk tək çoxalır gündə,NanəcibləriTapmaq olmur gündüz çıraqla…LəyaqətinQıt vaxtında, qıt vədəsində,Bir ləyaqətSahibi də yox oldu,Allah…Yaxşılarınİtkisinə dözə bilmirəm,Bir işıqlıÜrək yenə torpağın oldu…Elə bil ki,Kasıblaşdı bu boyda aləm.Elə bil ki,Üfüqlərdə söndü bir ulduz…NeyləyirəmBelə dövrü, belə bir əsri,Hər tərəfiBürüyübdü bədlər, yamanlar…YaxşılarınMamont kimi tükənir nəsli,Ta qırmızıKitablara düşürlər onlar,Yaxşı üçünHara gedim, kimə yalvarım,Həyat durur,Dünya durur yaxşı durunca…Ya xudaya,Özün hifz et xeyirxahları,Ya xudaya,Yamanlara özün çək əncam…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-yaxsilarin-itkisine-doze-bilmirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir