Gəraylı: Ey fələk, gündən artıq
Ey fələk, gündən artıq,Bu gözəlin cəmalı var,Sənin bir yekə ayın,Bunun iki hilalı var.
De gəl, haqdan keçmə fələk,Əgər gəlsə yüz min mələk,Gör hansının bu gözəl tək,Ağ üzdə xət-ü-xalı var.
İstərsən elə imtahan,Dey çıxsun xurşidi-taban,Yar ərizin etsin əyan,Gör hansının zavalı var.
Mən Acizəm, dərdin alım,Sənə bəyandır əhvalım,Bu dönüb baxmağın, zalım,Bir ev yıxan xəyalı var.
Kitabxana.az · https://kitabxana.az/works/xelife-aciz-gerayli-ey-felek-gunden-artiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Görə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,
Başqa şairlərin şeirləri
Şeir xiridarı, söz aləmiydin,İlk dəfə əlimdən tutan sən oldun.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,