Gecə-gündüz qıcıyan üstümüzə,

Azman əzrayılın dişləridir…Ölüm əfv eyləməyib bircə kəsi,O bütün canlılara müştəridir…

Zir-zibildən törəyən milçəyə də,Körpəyə, gəncə, hər ağbirçəyə də,Yeddi qardaşa, təkə, bircəyə də,Dəliyə, kara, kora müştəridir…

Sürünənlər, yeriyənlər ona ram,Göydə cövlan eləyənlər ona ram,Ulayanlar, mələyənlər ona ram,Kəkliyə, leyə, sara müştəridir…

Canlı ilə okeanlar doludur,Can alan canilər hətta quludur,Hətta o divlər üçün qorxuludur,İblisə, cadugərə müştəridir…

Ya şir olsun, ya pələng, ya canavar,Ona can verməli kim ki canı var.Adicə bir b.cəyin son anı var.İlanı hətta çalan müştəridir.

Tülkünü hətta salar öz toruna,Kimdə cürət çatar ondan qoruna.Həm bu dünya, həm bu dünya qul ona,Həm ora, həm də bura müştəridir…

Balaca sərçədə bilməm nə günah,Qanadı zər kəpənək də solur, ah.Aparır ya gəda olsun, ya da şah,Xəbisə, fitnəkara müştəridir…

Heyfi gəlməz ən ulu dahilərə,Can alan, işvə satan ahulara,Nəfəsindən hamımız vahimədə,Pislərə, yaxşılıra müştəridir…

Çəkilir ondan hələ şeytan özü,Əmri ilə yox olur loğman özü,Analar dəfn eləyər, doğmaz özü,Həm də övladlara müştəridir…

Əzrayıl hökmləri ondan alar,Gündə min yol əlinə qandal alar,Gözü doymaz nə qədər canlar alar,Sürüyər qəbrə, gora müştəridir…

Məhv olar dünya əgər olmasa l,Yer uçar, göy mələyər olmasa o,İnsan insanı yeyər olmasa o,Nə gözəl canlar alan müştəridir.

Nə vəzifə, nə də altun tanıyar,Eyni gözlə hamıya baxmağı var,Tək odur ərzdə ahəng yaradan,Gör necə ülvi, halal müştəridir…

1994.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri