Hələ ki, sağam, gəl, gör məni…
Sanki yer adamı deyiləm,Olsa da o mənim yurd-yuvam…Olmaya bəlkə də deyirəm,Gəlmişəm bir ayrı dünyadan…Sürüdür kütlələr sürüyə,Heç cürə uyuşa bilmirəm…Çoxu tək cildimi göz görə,Nə edim, dəyişə bilmirəm…Bircə mərdanəlik qanıram,Bir də ki, bağlıyam tanrıya…Nə qulluq, nə altun tanıram,Nə fitnə, nə biclik, nə riya…Nə əyri əməllə işim var,Nə də bəd niyyətlə tanışam…Az deyil, altmış yaşım var,Bir böcək də basdamamışam…Qəddarlıq gəlməyir əlimdən,Əməlim işimdən bilinir…Bir yalan söz çıxa dilimdən,O günü kəsərəm dilimi…Haqqa lap min kərə əyiləm,Haqq ilə ölçürəm hər işi…Sanki yer adamı deyiləm,Ayrı planetdən gəlmişəm…Milyonla insanın içində,Az qala ürəyim çatlayır…Bu boyda cahanın içində,Vaxt olur heç havam çatmayır…O qədər boldur ki, satqın, xam,Hansından özümü qoruyum?..Sahilə atılmış balığam,Düşmüşəm nadanlıq toruna…Qaçıram qurtula bilmirəm,Dururam yetməyir dözümüm…
Hamı tək mən ola bilmirəm,Qəsd edə bilmirəm özümə…Adamlar qızıla qul, kölə,Adamlar vəzifə dəlisi…Alınır, satılır pul ilə,Xilqətin minlərlə pərisi…Hər şeyi hərraca qoyublar,Hamının məsləki gibində…Düzlərin dərisin soyurlar,Başların kəsirlər dibindən…Yaxşılar tez gedir dünyadan,Əlləri hər şeydən üzülü…Düzəlməz bu aləm heç zaman,Düzəlməz, çürükdür özülü…Min kərə bulanıb qanına,Qan ilə bələyi bələnib.Vəhşilik minibdir qanuna,Vəhşilər bəşəri talayır…Enmişəm göylərdən bəlkə mən,Bəlkə də dəryadan gəlmişəm…Allahım, bəlkə sən deyəsən,Deyəsən mən hardan gəlmişəm?..Nəfsim hər şeydən tox mənim,Butun kasıblarla ortağam,Bircə manatım yox mənim,Axirət gününə qoymağa…Bilirəm, çoxuna indi mənGülməli gəlirəm, gülməli…Əsl insan görmək istəsən,Necə ki, sağam, gəl, gör məni…
1994.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-hele-ki-sagam-gel-gor-meni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Zülfi-siyahın oldu bu gün hüsnünə niqab,Axşam araya düşdü, qürub etdi afitab
Ləli-ləbin ki, xəlq deyirlər şərab onaLəli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Mən ölmək istəmirəmHələ beynim düşünür,Hələ qələmim yazır,