Sən getdin həsrətin qaldı canımda,sonradan mat qaldım, düzü, bir şeyə.Qeyri-adi idin mənim yanımda,getdin elə bil ki, adiləşməyə.

Sənə yalvarırdım burda bayaqdan,eşikdə qış idi, otaqda bahar.Sən də gedib evdə yalvaracaqsan,gecikdiyin üçün bağışlasınlar.

Səni bağışlamaq...dünyaya bir bax,o qəlbi, o ruhu gərək duyasan,Axı, səndən gərək üzr istəyəsən,Lazımsa, sən gərək bağışlayasan.

Bir qəlbin ən əziz şahzadəsiydin,Qulluq gözləyirdim hüzurunda mən.

Gedib evinizdə sən ona yəqinbir qulluq göstərib çay süzəcəksən.

Getdin ürəyimi salıb tufana,sədaqət həyatda başqa rəng deyil.Mənim sevincimi apardın ona,Bəlkə də ona heç bu gərək deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri