Anam, can vermə, can vermə…
Əziz anam, canım, gözüm,Anam, can vermə, can vermə.Qoy laylanı deyim özüm,Laylam, can vermə, can vermə.
Sənsiz ömrü talan ollam,Qəm mizrabın çalan ollam,Can alanın canın allam,Allam, can vermə, can vermə.
Əl-ayağın buz olsa da,Bədənin köz-köz olsa da.Dərdin əlacsız olsa da,Loğman, can vermə, can vermə.
Quruca nəfəsin, sözün,Havam, suyum,əzmim gücüm,Sən dünyasan mənim üçün,Dünyam, can vermə, can vermə.
Al mənim qalan ömrümü,Al mənim bala ömrümü,Ömrünə cala ömrümü,Cala, can vermə, can vermə.
Odlayır göyləri ahım,Ümidim, arxam, pənahım,Mənə can verən allahımCanım, can vermə, can vermə,Anam, can vermə, can vermə…
11 yanvar 1987.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-anam-can-verme-can-verme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ən dözülməz ağrılara, əzablara tab edirəm,Şeytandan ümid umuram, iblisə xitab edirəm,
Mən bilirdim qorxuludur böyük eşq…Çoxdan idi gözləyirdim bu günü,Mən bilirdim bunu belə olacaq…
Uğur olsun, gülə-gülə…Ey istəyim, ey ürəyim, məhəbbətim,Heyf sənə, heyf sənə, heyf sənə…
Təki səsin gəlsinSəsin gəlməyəndə qəm dəryasıyam,İnsan olmağıma şübhə edirəm.