Bulaq suyu, dağ havası
İki kəlmə, adi, sadə,Bulaq suyu, dağ havası.Uzaq düşdük bu dünyada,Bulaq suyu, dağ havası…
Uşaqlığım qaynar oldum,Şirəsini sizdən tutdu…Siz piyada, mənsə atlı,Bulaq suyu, dağ havası.
Nəğməm sizdən havalandı,Şerim sizdən cilalandı.Qanım sizdən mayalandı,Bulaq suyu, dağ havası.
Minib polad təkərlərə,Çıxdıq uzaq səfərlərə.Tökülmüşük şəhərlərə,Bulaq suyu, dağ havası.
Dayı getdi, əmi getdi,Ömrümüzün çəmi getdi,Ağzımızın təmi getdi,Bulaq suyu, dağ havası.
Zirvələrin başı qarlı,Meşələrin içi barlı,Ay kökünə etibarlı,Bulaq suyu, dağ havası.
Yoxuş yoran çağım hanı?Daşdan ağır yuxum hanı?Həsrətimin qəhrəmanı,Bulaq suyu, dağ havası.
Şəhər orda, oba burda,Övlad orda, baba burda,Ömür çapır iki yolda,Bulaq suyu, dağ havası.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-bulaq-suyu-dag-havasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Söylə, TanrıSöylə, Tanrı, bu boş qalan yollardan,Gecə vaxtı kimlər keçdi, kim qaldı?
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
هرچند که در زمانه یک محرم نیستبنیاد اساس دوستی محکم نیست