Ədvari-təcəddüd, əs'ari-inqilab
Tutmuş bütün əvalimi tufani-inqilab,Dəhhətnümuni-hövldür ümmani-inqilab.
Həp qəzteyi kəşideyi-ənzari-diqqət et,Gör kim nə söyləyir sənə tibyani-inqilab.
Baxsan cidalgahi-həyatə görər gözün –Başdan-başa kəsilmədə meydani-inqilab.
Xilqət təcəddüd istəyir, istərsən istəmə,Təsdiq edir bu fikrimi vicdani-inqilab.
Bu bəzmgahi-fitrətə ətf eylə guşini,Hər bir dəhəndən uçmada əlhani-inqilab.
Gördükcə xəndədar bəhari-təcüddüdü,Əşki-sürur tökmədə mürğani-inqilab.
Asayişin behişti açılmaz şu yerdə kim,Ta yağmasa o gülşənə barani-inqilab.
Ruhunda bir sükun əcəba mündəmicmidir?Təşrih edilsə tiğ ilə əbdani-inqilab.
Əmniyyəti-rəiyyəti təkmil üçün bu gün –Açılmış livayi-sətvəti sultani-inqilab.
Minbərnişin millətə lay-lay çalır hənuz,Bolğar elində yüksəlir azani-inqilab.
Yat-yat, balam! – deyir, – hələ rahət zəmanidir,Amma doğub şümusi- diraxşani-inqilab.
Baxdıqca ümmətin bu sükutu sümutunaVallahi ağlayır bizə çəşmani-inqilab.
Bilməm ki, müstəid deyilizmi təcəddüdə,Yoxsa düşünmürüzmü nədir şani-inqilab?
Bizlər hələ qunudeyi-ağuşi-xəndəyiz,Bu hala qarşı olmada giryan inqilab.
Hər qövmdə bulunmasa əfkari-növzühur,E'dam edər şu milləti divani-inqilab.
Ey Nuh! Açıb da çeşmini pak et qübardən,Sən qoyduğun kimi dururuz, bax, məzardən!
Kitabxana.az · https://kitabxana.az/works/hadi-edvari-teceddud-es-ari-inqilab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözün yumduğu dəmdə Xosrov, şu zat –Ki, yə'ni edən gündə tərki-həyat –
Nəsimi-səbayə niyazEy səba! Bir bu gətir xaki-rahi dildardən,Məhv edib könlüm qəmin, bəxş et bəşarət yardən.
Zümzümeyi-aşiqanəLütf et, geri gəl, dar-dilimə munisə-can ol!Bu yanmışa sən məhrəmi-əsrari-nihan ol!
Dinlə, gözəlim!Alati-tərəb, dinlə, nə təqrir ediyorlar,Gizlin içiniz bədəni, təkfir ediyorlar.
Başqa şairlərin şeirləri
Xaliqi-ləmyəzəl edəydi imdad,Həsrət gözüm intizarı gələydi.
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
OluncaYurda arxalanıb, ulusa uydum,Çocuqluq çağım keçmiş olunca.
İstəyüp dərdinə eşqin bulmazam andan dəvaİstəyüp dərdinə eşqin bulmazam andan dəva,Nə qədərdür yaşuma çün bilməzəm andan qəza.