Xosrovun Şiruyəyə nəsihəti
Gözün yumduğu dəmdə Xosrov, şu zat –
Ki, yə'ni edən gündə tərki-həyat –
Dedi: Ey mənim qönçeyi-cənnətim.
Qulaq as, budur iştə son söhbətim:
Nə bir əmrə iqdam qılsan əgər,
Səlahi-rəayanı qıl dərnəzər.
Boyun bükmə ədlü müsavatdən,
Cüda düşmə rahi-müvaxatdən.
Cəmaətə bəxş eylə hürriyyəti,
Əsir et bu əltaf ilə millətı.
Sitəmkardən xəlq eylər fərar,
O zalim tapar zülm ilə iştihar.
Şu insan ki, qoydu binayi-sitəm,
Olur kəndisi tez zaman mühədnəm.
Açar yarələr cismdə tiğzən,
Nə ol zəxmi kim, şiveni-pirzən.
Çox olmuş ki, bir ahi-atəşvəri –
Yaxıb-yandırıb ən böyük kişvəri.
Eşit, varmı ol kimsədən bəxtiyar,
Cahanda olub ədl ilə dəmgüzar?!
Öləndən son ol zati-şəfqətnihad –
Edər rəhmət ilə onu xəlq yad.
Deyirlər: sənə rəhmət, ey niknam,
Sənin ruhuna bizdən olsun salam!
Dilər yaxşı, istərsə olsun yaman,
Keçər cümləsi, sən gözəl ad qazan!
Qazan yaxşılıq, layiqi-rəhmət ol,
Nə pislik ki, şayisteyi-lə'nət ol.
O zatın ki, könlündə var mərhəmət,
Həmişə işi rəhmdir, mə'dələt.
Cəmaətə xadim qıl öylə kəsi,
Ola şəhrlər, mülklər banisi.
Sənin düşmənindir o kəs, ey pəsər:
Sənə nəf' üçün xəlqə versin zərər!
Xətadır böyük etmək ol ərzəli.
Göyə qalxmış ondan cəmaət əli
Şu alçaq qılar xəlqə azarü rəng,
Cəmaət nasıl olsa dolsun da gənc.
Sitəmkar qalmaz, olar nabəkar,
Yamanlıqla adı qalar yadigar.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-xosrovun-siruyeye-nesiheti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qələm, ey baisi-imrani-aləm,Kərametbəxşi-növ'i-ibni-Adəm!
Qələm nə söyləyir?Eşit, millət, qələmdən bir hekayət,Cidalıqdan qılır çox-çox şikayət.
Qızlar bağçasıİştə bir aliheyi-hüsnü cəmal,İştə bir malikeyi-fəzlü kəmal.
Kitabi-həyatBir nişangahi-fəlakətdir sərasər xakdan,Tiri-cansuzi-bəlayayə nişandır xakiyan.
Başqa şairlərin şeirləri
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.