Milli nəğmələr
Ey bağı-vətəndə açılan tazə nihalan!Şamü səhər olmaq gərək ürfanə şitaban.Adab ilədir tərbiyeyi-cənnəti-vicdan,Elm ilə edər kəsbi-şərəf zadeyi-insan.Firdovsi-maarif biləlim məktəbi-“Nur”i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Ey tazə çiçəklər! Sizə olsun bu vəsiyyət:Düşməz ələ, ey qönçələrim, dövri-səbavət!Təhsili-kəmalə ediniz eşqü məhəbbət,Bir gün vətən eylər sizi gördükcə fəxarət.Firdovsi-maarif biləlim məktəbi – "Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Məktəb nə demək? Zinətidir zatü sifatın,Məşşatəsidir huri-dilarami-həyatın,Xurşidi-ziyadandır afaqi-nicatın,Mə'nasına tə'zim edək işbu nəğəmatın:Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Əqvam bütün elmlə kəsb etdi kəmali,Qonşularımız məktəb ilə qıldı təali,İstərsək əgər biz dəxi ən şanlı cəlali,Tənvir edəlim nuri-təməddünlə xəyali,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Vardırmı cəhalət kimi dəhşətli fəlakət?Cahillər olur dəhrdə məhkumi-səfalət,Hürriyyət ilə etmək üçün kəsbi-səadət,Ürfanə, kəmalə edəlim kuşişü qeyrət,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Təhsil ediniz keçməsin övqat fəsanə!Tənbəllik üçün düşməmişiz məhdi-cahanə,E'dam ediyor cəhlpərəstani zəmanə,Biz də olalım şöylə həmahəngi-tərənə:Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Məktəb nə demək? Şə'şə'əbəxşayi-cəhandır,Miftahi-dəri-gəncü künuzati-nihandır,Ülviyyəti calib, səbəbi-izzətü şandır,Zülmətdə yatan dillərə ənvarfəşandır,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Yetməklik üçün gülşəni-ümmidü mərama,Biz də gələlim şövqü şətarətlə xürama,Pərvaz edəlim, xüldbərindir, bu məqama,Payan verəlim qəflətə, övhama, zülamə,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Bu göydə təlalö' ediyor nəyyiri-hikmət,Bu yerdə təfəyyüz qılıyor toxmi-həqiqət,Bu bağdə xəndan oluyor qönçeyi-fikrət,Məktəb nə demək? Üssi-əsasi-mədəniyyət,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Şərq üzrə salır sayəsini şəhpəri-amal,Müzlim vətəni parlatıyor pərtövi-iqbal,Parlaq olacaqdır gələcək, şahididir hal,Ey didəsi məhrumi-ziya! Al sənə timsal:Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Hala yazılıbdır, oxu, ülviyyəti-ati!Bu güzgüdə seyr eylə şu lahuti sifati!Parlaqdır, əzizim, gələcək, gör ləmə'ati!Öyrənmək üçün, bilmək üçün dərsi-həyatiFirdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Ey baği-vətən gülləri, ey tazə çiçəklər!Ey cənnəti-elm içrəki nasuti mələklər!Balaləri pərvazə qılın sə'yü əməklər,Sizdən vətənin gözləri hürriyyəti bəklər,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!
Kitabxana.az · https://kitabxana.az/works/hadi-milli-negmeler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Soyuğun, atəşin əlində qalan,Calibi-mərhəmət, gözəl bir quş
Təkamüli-mə'kus və ümmidi-pərişanBir gözələ*Şəbrəng saçların nə pərişandır, ey pəri,
Oxu, bil, öyrən!Övladi-vətənə*Ey cavan, öyrən: cəhalət ən böyük bir ardır,
Fəxamətli əfəndim, pardon!Hörmətli əfəndim Molla Nəsrəddinə*Son nüsxəni aldıq, oxuyub, bildik, a Molla,
Başqa şairlərin şeirləri
Dedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər
Mürəbbe: Bülbülə gülşəndə rəngü-ruxsarınBülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara