Bir gözələ

Şəbrəng saçların nə pərişandır, ey pəri,Oxşar siyah əlilə o rüxsari-ənvəri.

Bənzər o tellərin əməli-nazikanəyə,Qəlbim içindədir, onu qapdırma şanəyə.

Əhli-səfalətin dağınıq bir məkanıdır,Qəlbi-səfilimin də saçın aşiyanıdır!

Qalsın dağıntı, toplama giysuyi-müzləmi,Tənzir edir dilimdəki əsrari-mübhəmi!

Gönlüm kimi saçın da pərakəndə olmalı,Fikrim qədər rüxün dəxi təbəndə olmalı!

Mən, tellərin və bir də vətən – bəxtiqarəyizMə'nən biriz, əgərçi müğayir ibarəyiz.

Bizdən də, sevgilim, vətən aşüftəhaldır!..Ümmidimiz nihalı dəfini-ləyaldır!..

Afaq açılmaz isə zilali-hicabdən, –Bakir şükufələr çıxamazlar niqabdən.

Göstərməz isə kəndini dildari-gül'üzar, –Vüslət məhal, qovrul, əya qəlbi-naləkar!

Hail nədir ki, görməyə qoymaz nigarımı?Yoxdur açan sərairi-qəlbi-fikarımı!

Könlümdə var künuzi-sərair cahan-cahan,Razaşina ki olmadı, qalsın nihan-nihan.

Əlbət, səza idi yaşamaq məhrəmanə biz,Əfsus! Olmuşuz niyə naməhrəmanə biz?!

Eşqü məhəbbət isə həyatın məalıdır,Bunlarsız ömrü bilmə həqiqət, xəyaldır.

Ləfzi-həyat içində qonulmuş məali-eşq,Məcmueyi-həqiqətə candır xəyali-eşq.

Məhsuli-eşqdir bu əvalim, bu kainat,Biganeyi-məhəbbəti zənn etmə zihəyat.

Könlümdə nuri-eşq olurkən əşi'ədar,Haildurur zühuruna əğyari-nabəkar.

Hər kəs dilində dadlı bir ümmid bəsləyir,Bir dudi-şəbnümud o işıq hissi hisləyir.

Ey mane'i-əməl, çəkil, artıq usan, usan!Bizar etdin aləmi candan, utan, utan!

Ey pərdədar, pərdəni aç ruyi-yardən,Ey şəb, çəkil də sübhi-səbahətnisardən!

Ey tale! Uyma, şəfqətü riqqət zamanıdır,Qalma xəyal içində, həqiqət cahanıdır!

Rüxsarına dağılmış o şəbrəng tellərə –Olsun həsəd ki, düşmüş o vechi-münəvvərə.

Mane'si yox ki, busərübayi-cəmaldır,Firqətkeş aşiqin nigərani-vüsaldır!

Ümmidvari-vəsl ikən ismətli ruyuna,Ol çöhreyi-behiştivü ümmidi-buyuna,

Layiqmidir, cəhənnəmi-hicranda sızlasın,Yad eyləsin vüsalını, həsrətlə ağlasın?

Azad könlüm olmuş əsiri-məhəbbətin,Hürriyyətə mübadilə etməm əsarətin!

Azadəlik məhəbbətə xidmət deyilmidir?Söylə, məhəbbət eyni-əsarət deyilmidir!

Səndə əməl, məndə məhəbbət əyan ikən –Ol güllərin miyanına kimdir tikan dikən?

Xari-məvane' ilə dolub rəhgüzarımız,Ümmidimiz kəfən, vətən olmuş məzarımız.

E'lani-eşqə yox bu vətəndə müsaidə,Bir böylə ömrdən, mələkim, umma faidə!

Kətmi-həqiqət iştə mühitin nizamıdır,Aşüftəlik bu məmləkətin intizamıdır.

Bir qəbri-yə'sdir, gözəlim, kainatımız,Ümmidimizlə məhv olacaqdır həyatımız!

Dəsti-təsadüf atdı bizi böylə bir yerə,Ziruh idik biz, eylədi piraye məqbərə.

İmdad üçün nə mərtəbə olsaq da naləzən,Bihudədir, sədamızı olmaz ki, dinləyən.

Mövta içindəyiz, eşidilməz nəfirimiz,Tə'zib edir bizləri münkər-nəkirimiz.

Münkər-nəkir kim?! Bu əhaliyi-pür'itab,Mə'nisi yox suallara bizdən dilər cavab.

Övladına məzar olan, ey qəbri-zindəgan!Ey xak, ey cənazeyi-əməl olan məkan!

Tövhiş edir xəyalımı övza'i-vəhşətin,Tədhiş edir cünanımı əhvali-dəhşətin.

Hala təkamülündə nümayandır inhitat,Zülmətlər ilə oldu mühitin neçin muhat?!

Hər gün tənaqüsündə təkamül nə haldır?!Dəsturi-fəlsəfidə bu qanun məhaldır.

Bir baxsana, təkamüli-mə'kusən, ey vətən,Qanuni-hikmətə nasıl oldu cərihəzən!

Şirazeyi-təbiəti qırdı bu halətin,Həp yaralandı dilləri ərbabi-hikmətin.

Hikmət hənuz bu nəzəriyyatı bilməmiş,Pək az bilir, çox hikəmiyyatı bilməmiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq