1

Hala qırılmadı səsi tari-rübabımın,
Bitməz künuzu, bil ki, bu qəlbi-xərabımın.
Hər dəmdə canlanır nəğəmi inqilabımın,
Tə’siri yox deyil, bilirəm ki, xitabımın,
Parlaq baxışla nurunu gör afitabımın,
Kəskin nəzərlə öp üzünü hər kitabımın.

2

Hər misrə’ində şe’rimin avazi-intibah,
Hər nəğməsində xəndəfəşandır birər sabah,
Xaməm həmişə söyləyir, ey qövmi-şəbpənah,
Açdı təməddünün səhəri, iştə şahrah,
İdrakını qarartdı xürafat, ah, ah!..
İdrakını qarartdı xürafat, ah, ah!..
Ey sübh, çıx! Və bat yerə, ey siteyi-siyah!

3

Ey sitreyi-siyəh, çəkil, ümmid parlasın,
Seylabi-nur dadlı sədasilə çağlasın,
Ənzarımız həqiqəti görsün, qucaqlasın,
Ə’dayi-elm aləmi-ürfanı anlasın,
Nazəndeyi-məaliyi millət nişanlasın,
Gülsün rüxi-təməddünümüz, vəhşət ağlasın.

4

Ağuşumuz açılmalı huri-həqiqətə,
Əfkarımız güşadə gərək nuri-hikmətə,
Ənzarımız da baxmalı atiyi-millətə,
Var ehtiyac bizdə də ehrazi-şövkətə,
Bu ehtiyacı soxmalı əfkari-ümmətə,
Ta kəstiyi-həyatı erişsin səlamətə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri