Kimdir onlar?Cinsi-lətif qadınlar!..

Qaçma, qaçma, qaçma kim, bu qaçmağın dilsuzdur,Nerdə sən məkşufəsən, hər gün o yer novruzdur.

Nerdə ki, məsturədir ruyi-səbahətpərvərin,Bir qaranlıqdır, əya nurum, nəsibi ol yerin.

Bax dağılmış Şərqimiz, muyi-pərişanın kimi,Parlayır Qərbin üzü, ruyi-dirəxşanın kimi.

Ey sənəm, şəhbalı oldun kainati-Məğribin,Bir mücəssəm ruhu oldun sən həyati-Məğribin.

İrtiqa etməkliyə verdin bərati-Məğribə,Gözlərin göstərdi ancaq parlaq ati Məğribə.

Hansı qövm etdisə səcdə adı “qaş” mehrabına,Oldu rəhbin, ey sənəm, qurban rüxi-məhtabına.

Sacidi-əsnam olan məncə böyük insandır,Ey sənəm, əsnam mir’ati rüxi-nisvandır.

Əksini gördü sənəmdə, səcid oldu, ey sənəm, –Büt, lisani-hal ilə der ki, a nisvan, mən sənəm.

Ey sənəmpərvərləri təkfir edən, dur, dur, dayan!Nuri-nisviyyətdir, anla, büt üzündə parlayan.

Kə’bəyə getmək nə hacət, Kə’beyi-hürriyyəti –Məqsədin görməkmidir? Gör qaməti-nisviyyəti.

Bir baxış ətf et ona, gör çöhreyi-əmalını,Çünki ol ayinə təsvir eylər istiqbalını.

Çöhreyi-ati parıldar ruyi-nisviyyətdə, ah!Əksi göstərməz ki, güzgü tutsa rubəndi-siyah.

Güzgüdən qaldırmalı rubəndi, göstərsin səni,Parlaq anlatsın sənə çirkin üz ilə əhsəni.

Ol zaman səndə gözəlləşməklik amalı doğar,Millətin məstur olan rüxsari-iqbalı doğar.

Ey oğlan arayişü pirayişi zülmətlərin,Çıx dəruni-pərdədən, yəzdanı hürriyyətlərin!

15 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri