Ey üqdəsi açılmayan əsrari-kainat,Ey anlaşılmayan əzəli validi-həyat!Qayən nədir, anlamadım kainatdan,Qəsdin nədir bu gözləri ölmüş həyatdan?!Lazımsa gər həyat bu "canlı zülam" üçün,Bir "cüft işıq" gərək ki, bu dünyaməqam üçün,Ta görsün onlar ilə təriqi-məişəti,Qərq eyləsin nəzərləri nur ilə zülməti.Ə'malərə yer üstü də müzlim məzardır,Vəchi-zəmin, ruyi-səma pərdədardır.Kor xəlqi, kor həyatı yaşatmaq!.. Mən anlamam?!Gözsüzlərə yer altıdır ən yaxşı bir məqam!Göz olmaz isə, çöhreyi-aləm siyahdır,Bilməz zavallı leylmi, ya ki səbahdır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri