İnsan o zatdır ki, vəzaifşünas ola,Nəxli-əməl misali səmərbəxşi-nas ola.Fəyyaz ola günəş kimi gülzari-fitrətə,Pərtövfəşani-feyz ola biği-şəhadətə.Bir abi-saf tək çəməni xəndəzar edə,Amalımız şükufələrin təbdar edə.Meydan qəhrəmanı, hüquqaşına gərək,Nuri-həqiqət ilə dili rövşəna gərək.İfa edər vəzifəşünasan xidmətin,Məs'udü bəxtiyar qılar mülki-millətin.Şayani-e'tibar olur ol zati-alişan,Nəcmi-muradımız olar onda ziyafəşan.Bir gözdə, bir nəzərdə tutulsun gərək miləl,Ta meyvəbəxşi-aləm ola şaxeyi-əməl.Dünya vətən, bütün bəşər ixvani-tiyndir,Əqvamı bir görər o ki, əhli-yəqindir.Bir cənnəti-üxüvvət edin baği-aləmi,Hifz eyləyin kərameti-əbnayi-Adəmi.Dəfn eyləyin məzari-ədəmdə ədavəti,Ehya edin cahanda nami-məhəbbəti.Daxil olanda səhneyi-Şurayi-ümmətə,Təslim edin hər işləri dəsti-ədalətə.Dərpiş edib vəzaifi-övladi-millətı,Məmnun edin düçari-qəm olmuş cəmaəti.Sizlər həkimi-dərdşünasi-ənamsız,Bir şanlı qəhrəmani-zəvil' ehtişamsız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən