Mülhimeyi-əş'ar
Hüsnü anın o dahiyəsi,Çiçək müvəzziəsi!Sevgili gözəl güldü, diri gül idi.
Oturdum, yeridi aləmi-ab,Qapıdan girdi bir behiştməab.
Canlı bir gül əlində gül gəldi.Düşünən alnıma baxıb güldü.
Əlinin gülşənində parlar idi –Bir çiçək... gül gülü qucaqlar idi.
Baxışı işvələr atırdı mənə.Gülüşü ox kimi batırdı mənə.
Gülü yox, yox, gülüş satırdı mənə,Gülüşü ox kimi batırdı mənə.
Gülü yox, yox, gülüş satırdı mənə,Şe’ri-nagöftə anladırdı mənə.
Əlinin bağçasın uzatdı mənə,Gözləri qönçəli söz atdı mənə.
Verdiyi bir şükufeyi-tər idi,Saçı güldən də çox müəttər idi.
Gülüyordu dodaqlarında da gül,Könlümə söylədim ki, ağlama, gül!
Yaradırdı üzü, gözü xəndə,Qaşlarıydı hilali-fərxəndə.
Qaş qara, üz işıq, dodaq gülrəng,Oldu könlüm o dilbərə övrəng.
Qaş gülür, üz gülür, özü huri,Öpdü rüxsarımı yerin huri.
Gülü aldım o canlı güldən mən,Varlığım oldu sanki bir gülbən.
O cahanın pərisinə baxdım,Gülü öpdüm də, köksümə taxdım.
Verdi gül, aldı könlümü o bahar,Oldu təb’im hədiqeyi-əzhar.
Baxıryordu üzü mənim sarı,Öpüyordu gözüm o rüxsarı.
Canlı cənnət yerin üzündə idi,Atəşin hüsnü də gözündə idi.
Baxışında gülərdi hürriyyət,Duruşunda yaşardı ülviyyət.
Qadın iştə bülənd xilqətdir,Bu xəyalım da bir həqiqətdir.
Ona baxdım, həzin-həzin güldüm,Şu çiçək qarşısında bülbüldüm.
Söyləyirdi sözü fəsihanə,Yaşadırdı məni Məsihanə.
Bu Məsiha o rütbə canbəxşa –İdi ki, söylədim: a hüsn, yaşa!
Baxışı könlümü işıqlatdı,Gülüşü təndə ruhu şıqlatdı.
Cismlənmiş gözəl bir afət idi,Ciddən ənmuzəci-lətafət idi.
Əbədi səfhə idi gül ruyu,Ona təhrir edilmiş əbruyu.
Oxuduqca verirdi qəlbə həyat,Buna dərlər, dedim: şahi-əbyat.
Hansı rəssam, şair iştə yazanOxuyor, duymayor nigəhbazan!..
Qalibiyyət üzündə parlar idi,Nərəyə göz atarsa, ovlar idi.
Öpüyordu hilalı, gördüm fər.Qaməti sanki bir livayi-zəfər!..
Fatihanə hilalını görərək,Yenə bir başqa hüznlə daldı ürək.
Yenə daldım mühiti-aləmə,Varmı hacət bu fikri e’ləmə?..
Azacıq şad ikən yazıq qəlbim,Yenə küsdü, büküldü, durdu ləbim.
Ey qadın! Ey şükufeyi-ziruh,Məndə var bir könül, o da məcruh.
Sizə təqdim üçün o layiqdir,Olsa da qəmli, pürhəqaiqdir.
Güli-hürriyyətə hədaiqdir!“Ma təkəlləmü şe’rdən... əntə tühaki”Mən də oldum bu vəhyi bir haki...
Ey qadın, mən derim ki lövlaki,Boş dönərdi bu xakin əflakı,
Torpaq üstündə olmaz idi diri,Boş qalırdı təbiətin bu yeri.
Mülki-islamə bax, qaranlıqdır.Qərbə bax gör ki, hökmranlıqdır.
Səbəbi? Çün qadın o yerdə açıq!Ey bürünmüş günəş, bu yerdə də çıx!
Çıxmasan, yox bu qövmə istiqbal,Çox əminən ki, yox bizə iqbal.
Yaradan sən, yapan sən iqbalı,Bir adın da təali şəhbalı.
Digər ismin təraqqiyyat anası,Bunu söylər dühatü danası –
Hər yerin, hər cahani-rəxşanın...Ey qadın, pək bülənddir şanın!
Çıxmadı çöhreyi-dirəxşanın,Halı cəm’iyyəti-pərişanın –
Bənzəyir, bax, hilalına hala,Ati böylə olursa, vaveyla!
Şəb-bərüxsardır mətaleimiz!– Əməl mətaleimiz,Səndə bir örtü ya ki taleimiz –
Min niqabın içində pinhandır,Buna hər halımız da bürhandır!
Gördü ki, manei-təalidir,Örtüyü atdı, şimdi alidir.
Yazaraq doğruyu, qovulduq bizSöylədik, söylədik, yorulduq biz.
Yenə əski düşincə, köhnə həyat,Qövmlər növhəyat, biz də boyat.
Xaliqati-həyati anlamadıq.Onun üçün cahanda parlamadıq.
Parladan parlayar günəş kimi ya,Əridər zülməti yağanda ziya!
Göy guruldarsa parlayar ənvar,Doğru söz: inqilaba hacət var.
Bilməyir inqilabı bu millət,Budur iştə vəxim bir illət.
İştə Fikrət, o dahiyi-fəyyaz,Aləmi-fikri-inqilaba riyaz,
Nə gözəl söyləyirdi, son susdu,O böyük şair aqibət küsdü.
Olmadı zülmətin ki məddahı,Küsdürüldü o parlayan dahi.
O böyük Fikrət, dəha’-nisar,Göstərirdi cahanda gər asar.
Fikri daim bahar bir Fikrət,Zibəha-zirəha və züqüdrət.
Və deyirdi o şairi-ə’zəm,Qadının açmağı, əvət, əlzəm.
Qadın alçaq qalırsa, yüksəlməz –Bəşəriyyət, səfalət əksilməz.
Yüksəliş şahbalı: nisviyyət,Onsuz olmaz bu yerdə ülviyyət.
Qadın iştə pəriyi-adəmzad.Onsuz olmaz əsirlər azad.
O, bizi saldı bu “Dönən beşiyə”,Biz onu evdə qoymuşuz keşiyə.
O keşikçi, biz isə sərbəstiz,Ucalanlar içində çox pəstiz.
Mən inandım ki, parlamazsansa,Qalarız yer üzündə zillasa.
Ayaq altında çeynənər dururuz,Baxsan a, Qərb oldu nurəfruz.
Qərbə bayram, əvət, tamam əyyam,Bizə bax ki, tamamımız səyyam.
Yoxmu bir bayramı bu əyyamın?Yoxsa şəvvalı yox, bu səyyamın?
Rəməzandırmı cümlə sal bizə?Yox dərəm dəhrdə misal bizə.
İstəriz biz də bu cahanda məram,Olalım biz də xüldzəraram.
İydi-hürriyyəti kim etdi haram?Biz də bir bayram istəriz, bayram!
Edəlim biz də bir həyatə xüram,O zaman söylə, millətim, yaşaram!
Canlı cənnət yerin üzündə əyan,Ey bunu görməyən, sən odlara yan!
Yaşamaz canlı olmayan əqvam,Can qadındır bilin, a qövmi-əvam!
Daşmı, ya başmı sizdəki, bu nədir?Misliniz yer üzündə bir dənədir.
Ayeyi-nurdur hilali-nisa,Oxuyardıq əgər baxış olsa.
Qadının qaməti livayfütuh,Bütün aləm onunladır məftuh.
İki qaş sanki bir hilali-zəfər,Nərəyə üz çevirdi, parladı fər.
Ey iki qaş, mənim hilalımsan,Sən mənim baisi-məlalımsan.
Səni gördükcə sanma şadəm mən.Kişvəri-qəlbimə rəşadəm mən.
Səni gördükcə məndə qəm doğuyor,Qələmim növhəli nəğəm doğuyor.
Səni gördükcə məndə qəm parlar,Qaşına bənzəyən hilal ağlar.
Ey qadın! Ey cəmali-hürriyyət!Ey qadın! Ey kəmali-ülviyyət!
Səni tə’rif məncə qabilmi?Bu qələm hüsnünə müqabilmi?
Ey qadın, ey məlikeyi-dünya,Mədəri-feyz, validati-ziya!
Siz olan məclisə həya axıyor,Hər sözə hər ağız gözəl baxıyor.
Siz olan məclisə həya yağıyor,Ədəbamuz bir ziya doğuyor.
Gülüyor siz doğan cahanda həyat,Sizsiniz, siz zəfər üçün rayat.
Anladım, anladım bu dəhri, əvət,Sizsiniz aləmi tutan qüvvət.
Parlayan bir günəşsiniz sizlər,Görəməz afitabı gözsüzlər.
Günəşi görməyənlər ə’madır,Qövmi-islam bir müəmmadır:
Tutmuş iştə əlində bir pərdə,Harda varsa işıq, əl ol yerdə –
Qoymayır parlasın hilali-cəmal,Dəhrdə bizlərə nədir amal?
Qadının qaşların görəndə nəzər,Yenə fikrim zəmini-qəmdə gəzər.
Dalıram kainati-əhzanə,Anlasın hüznlərmi fərzanə.
Nə qədər nəğmə eyləsən inşad,Güli-ümmid olmayır ki, küşad.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-mulhimeyi-es-ar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey toxmpaşi-məzrəeyi-elmü mərifət!Oldun qəriqi-mövceyi-ənvari-məğfirət.
Mücahidi-millət Həsənbəyin ruhuna ithafTiri-bəlayə sinəsüpərdir düha’lər,Mə’ruzi-tə’neyi-hümməqadır zəka’lər.
Nasıl yüksəlməli?(Böyük Tofiq Fikrətə kiçik töhfə)*Yüsəlməli, toxunmalı alnın səmalərə,*
Nəğmeyi-əhraranəGöründü mətləi-ümmidimizdən bari-hürriyyət,Təbəssümrizi-istiğnaydır rüxsari-hürriyyət.
Başqa şairlərin şeirləri
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Cövr ilə tökdü qanımı, fəryad, gözlərinCövr ilə tökdü qanımı, fəryad, gözlərin,Öldürdü aqibət məni cəllad gözlərin.
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,