Çiçəklər
Elə zərifdir ki, güllər, çiçəklər,Sərt bir baxışdan da solar – deyirəm.Qəzəbli danışsam mən səhər-səhər,Nərgizin gözləri dolar – deyirəm.Bu gün ilk qar yağır, qəşəng, ağ, incə,– Zərif çiçəklərin, zərif ölümü.Gülciyəz soyuqdan hey titrədikcə,Yavaşca üstünə tutdum əlimi.Dedim ki, ovcumda qızınsın bir az.
Qızındı yatdımı, boynunu bükdü.Zərif çiçəklərə yuxu da yükdür.Deyəsən, yatıbdır, oyatmaq olmaz.Çiçəklər soluxub, baş qoydu yerə.Havadan, günəşdən gözünü çəkdi.Mən indi bildim ki, bu çiçəklərə,İsti gərək deyil, bahar gərəkdi.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-cicekler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
GörmüşəmBelin nazik, qəddin suca, üzün gül,Məlahəti sən cananda görmüşəm.
Mirzə Həsən ilə Aşıq Pərinin deyişməsiMirzə Həsən:**Qönçə lətafətli, lalə üzlüsən,