Qızıma
Pəncərə arxasına qara rəng çəkir axşam.Fikirlər göylər boyda.Sanki başıma enir.Mən ikiqat olmuşamGözəl balam, ay balam,Görəm nə boydasan sən...Körpəm, nə boydasan sən...Dərsdə, yolda, otaqdaSəni xatırlayıram.Bağçada, bağdaSəni xatırlayıram.Gah dönürəm küləyəhəzin-həzin əsirəm.Qapınızı kəsirəm.Xurmayı saçlarınıAstaca oxşayıram.Sən mənə oxşayırsan,Yox! Sənə oxşayıram.Kövrəlirəm, ay bala,Sığınıram sinənə;Sığınıram mən sənə.Titrəyir dodaqlarımYenə həyəcanımdan.Həsrətimin ağrısıÇıxır, çıxır canımdanKirpiyimdə yaş olur.Eh... sən bir taleyə bax..,Ayılıram xəyaldan.Bir mənəm, bir boş otaq.
Papirosun tüstüsüBir də mehriban xəyal.Mən də lal, xəyal da lal.Burda yaman qış olur.Qar olur, yağış olur.Başlamışam, ay qızım,İsti paltar geyməyə;Adına ürəyimdəsoyuq dəyməsin deyə.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-qizima
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
هرچه در راه خدا می دهی آن می ماند
Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmazRiyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz,Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz.
Qurban olasanBir belə ay gözəlin özünə qurban olasan,Dindirib, danışdırıb, sözünə qurban olasan,
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,