آتش عیاره‌ای آب عیارم ببردسیم بناگوش او سکهٔ کارم ببرد

زلف چلیپا‌خَمش در بن دیْرم نشاندلعل مسیحادَمش بر سرِ دارم ببرد

ناله‌کنان می‌دوم سنگ به بر در، چو آبکه‌آب من و سنگ من غمزهٔ یارم ببرد

جوجوم از عشق آنک خالش مشکین جو اَستدل جو مشکینش دید خر شد و بارم ببرد

رفت قراری بدانک دل به دو زلفش دهمدل به قراری که رفت، رفت و قرارم ببرد

دید دلم وقف عشق خانهٔ بام آسمانخانه فروشی بزد دل ز کنارم ببرد

عشق برون آورد مُهره ز دندان مارآمد و دندان‌کنان در دم مارم ببرد

گفت که خاقانیا آب رخت چون نماندآب رخم هم به آب، گریهٔ زارم ببرد

Bu əyyarlıq odu onun qırdı mənim əyarımı,
Gərdəninin gümüşüsə apardı etibarımı.

Xaçtək qıvrım saçları da çəkdi məni kəlisaya,
İsa dəmli al dodağı saldı dara güzarımı.

Çay daşıtək nalə ilə hey qaçıram zaman-zaman,
Qəmzələri bu yarımın alıbdır əldən varımı.

Eyləmişdir para-para eşq mənim qəlbimi, bax,
Qara xalı etdi qara mənim də ruzigarımı.

Bu könlümü verdim onun zülflərinə, qalmadı tab,
Getdi könül, aldı mənim səbrimi və qərarımı.

O gördü ki, eşqə düşən bu qəlb evi viran olub,
Can evimi yıxdı bu eşq, aldı hər ixtiyarımı.

Çıxardar eşq, möhrəni əjdaha çəksə kamına,
Ancaq ilanın ağzına saldı mənim mədarımı.

Mənə dedi: - Ey Xaqani, abrın-həyan qalmadı heç!
Göz yaşımdır aparan abır-həya, vüqarımı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq