A ləbləri badə, ağzı piyalə!Bir söz desəm olma bidəmaq, sənə.Yetişibsən, indən belə yaraşmazYadlar ilə deyib-danışmaq sənə.

Əcəb bihəyadır çərxi-kəcrəftar,Hər ayda bir hilal eylər aşikar;Şəksiz sənin ilə ədavəti var,Göstərir düşəndə qaş-qabaq sənə.

Mədənisən felin, nazü qəmzənin,Bərabərin yoxdu aləmdə sənin;Təhrik eləməsə səba, qönçəninAğzı nədir aça dil-dodaq sənə?

Cəvahir qolbaqlar bəyaz biləyiGahi qucar, gahi eylər hənəyi,Behiştin hurisi, göyün mələyiYetişməz, yüz çala əl-ayaq, sənə.

Zakirəm, eylədin əqlimi zayil,Olmaz belə surət, belə şəmayil;Elə mən deyiləm hüsnünə mayil,Göz dikibdir tamam Qarabağ sənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri