Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz!Edər məşuqdən aşiq, budur adət, xudahafiz!

Vida eylə, əzizim, görməgə didarını bir dəÜmidim yoxdu hicranın verə möhlət, xudahafiz!

Səadətdir səri-kuyində can vermək, budur vəhmim,Diyari-hicrdə sənsiz öləm həsrət, xudahafiz!

Rəqibi-məhrəmi-bəzmi-vüsal etdin, məni məhrum,Olurmuş böylə rəsmi-yarlıq, əlbət, xudahafiz!

Alıb irsal qıllam nəqdi-can ilə nə əmr etsən,Buyur, hər xidmətin vardır bizə nisbət, xudahafiz!

Bu fəsli-novbahar içrə mənim tək varmı ola yarəb,Ənisi möhnətü qəm, mənzili qürbət xudahafiz!

Mürüvvətdirmi, ey zalım, dərindən Zakiri-çakər,Gedə bu növ ilə bimüzdü biücrət, xudahafiz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq