Dün hökm qıldı qətlimə ol şəh itab ilə,Şad eylədi gədasını bu xoş cavab ilə.

Olsun qara üzü, üm ol qanlı qəmzənin,Öldürmədi məni, genə qoydu əzab ilə.

Zülfi siyahlər qəmini şam ta səhər,Ömri-dirazdır çəkirəm piçü tab ilə.

Ol gül üzardə ərəqin xoş səfası var,Türfə budur ki, saziş edər ateş ab ilə.

Öldürməsən nə sud mənə bərqi-tiğdən,Mümkün degil ki, siyr ola təşnə şərab ilə.

Gündüz üzün qəmi, gecə zülfün kəşakəşi,Asayişim nə xürd ilə hasil, nə xab ilə.

Zakir o şux nərgisi-məstin xərabıdır,Ha böylə sərxoş olmaq olurmu şərab ilə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq