Dün eylədim nəzarə bəsi lalə dağına
Dün eylədim nəzarə bəsi lalə dağına,Gəlməz o dağ, daği-dərunum ayağına.
Gəlmişdi bəhsə, teyyi-mərahil qılıb günəş,Qoydu rüxün yetən kimi eybin qabağına.
Bir pakzadi-nadirəsən, almayıb hənuz,Sən kimi tifli mədari-giyti qucağına.
Ver guşimal mehrə ki, çox xudnümalənir,Əzbəs ki, bir yol adı dəgibdir qulağına.
Əzmi-çəmən qılır bu gün ol sərv, qorxuram,Bərgi- hənəvü gül dolaşa əl-ayağına.
Ömri-dirazdır, çəkirəm zülf pəncəsin,Bir tari-muyə keçmədi könlüm darağına.
Əksi-ləbin səadətini bulmasaydı mey,Meyl eyləməzdi heç kəs ol qan çanağına,
Versin nə növhadisə üz versə Zakirə,Müşküldü səbr yari-əzizin fərağına.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-dun-eyledim-nezare-besi-lale-dagina
← → düymələri ilə keçid, R — təsadüfi şeir