Dili-üşşaqə gərçi qeydi-zülfündən fərar olmaz,Götürmə bəndi zəngirin, əsirə etibar olmaz.

Rüxün dövründə ey gül, naleyi-zarımdan incimə,Bu ayini-cahandır, heç bülbülsüz bahar olmaz.

Dedim: cana, məni agah qıl sirri-dəhanından,Dedi: məzur tut, elmi-müəmma aşikar olmaz.

Günəş rüxsarına hərdəm tökər zülfi-siyəhfamı,Bu minval ilə keçsə aşiqin leyli nəhar olmaz.

Qübari-xatirim əfzun olur göz yaşı tökdükcə,Su oynağı olan yerdə bəs dərlər qubar olmaz.

Sərasər cismimi surax-surax etdi peykanın,Behmədillah, dəxi indən belə dil tirə-tar olmaz.

Qiyamət rəstəxizində bu şəkl ilə qiyam etsən,Tutarlar Zakiri məzur, mütləq şərmsar olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq