Dəhənin ləlinə var həddən əfzun aşiq,Qönçəvəş yoxdu, vəli, mən kimi dilxun aşiq.

Düşsə küstax səri-kuyinə gün, qəhr etmə,Nə bilir rəsmü rəhü adətü qanun aşiq.

Dili-suzanə tərü xüşk nə kim düşsə yanar,Çəkərək at oxun, eylər səni məğbun aşiq.

Munca kim, əşk saçar, keçsə əgər bir müddət,Cəm edər hər biri səd məxzəni-Qarun, aşiq.

Hicrdə müttəsil ümmidi-visal ilə xoşam,Gəlməyib aləmə bir mən kimi məmnun aşiq.

Eydi-novruzda geyər xəlq qəbayi-əhmər,Gündə əşk ilə qılır rəxtini gülgun aşiq.

Daməni-vəslə yetə gərdi-məzarı şayəd,Rəhgüzarında gərəkdir ola mədfun aşiq.

Duş gördüm ki, girib məscidə eylər tövbə,Döndərib meykədədən yüz neçə məlun aşiq.

Var min aşiqin, amma hamı bu Zakir tək,Deyən əşar qədi-sərvinə mövzun aşiq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq