Dəftərin yum, ey münəccim, gizğbinə oldur dəlil
Dəftərin yum, ey münəccim, gizğbinə oldur dəlil,Zülfiləru tənləşib, dersən hələ bayram degil?
Gecə-gündüz hər zaman olsa müsavi eyd olur,Laəqəl, ey bixirəd, mən görmüşəm yüz ayü il.
İldə bir yeldə gəlir ayinü rəsmi-dəhrdə,Bu nə yeldadır gəzir ayın yanınca müttəsil?
Sən deyirdin ki, hər ay başında bir hilal,Qıl nəzər, bir ay başında ikisin gör, ol xəcil!
Kor deyilsən, müştəri çeşmilə bax, göz ZöhrədəVarmı bu ənvar, bu rəftar, bu hüsni-cəmil?
Sərbəsər seyri-kəvakib, gərdişi-dövri-qəmər,Nüsxeyi-hüsnündədir, dərs al, hamı əhkamı bil!
Zinhar pəndim eşit, Şəhri-Mütəvvəldir saçı,Yetmək olmaz intəhasına, bəri başdan çəkil!
Gəh tülu eylər üfüqdən könlümüz rövşən qılar,Gəh səhabı zülf ilə örtər, biz olluq tirədil.
Ah bilməm neyləyim, aldı qərarım, Zakira,Ol məhi-naməhriban, ol dilbəri-peymanküsil.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-defterin-yum-ey-muneccim-gizgbine-oldur-delil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey bürci-səltənət, mahi-ənvəri,Düşməyəsən görüm ziyadən səni!
XurşudbanuyaXəbər alasan bu vilanın əhvalın,Böylədir keyfiyyət, mənim əzizim.
Əli bəy FulatovaNədən azürdəsən, ruhi-rəvanım, bisəbəb məndən?Biməhdillah ki, zahir olmayıb tərki-ədəb məndən.
İbrahim bəy AzərəEy giramitər olan cismimdəki candan mənə,Bəlkə əqlü hüşü dinü iymandan mənə.
Başqa şairlərin şeirləri · Eşq
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,