Xəbər alasan bu vilanın əhvalın,Böylədir keyfiyyət, mənim əzizim.Tezlik ilə əgər əncam etməsənKeçər vəqti-fürsət, mənim əzizim.

Toyun tədarükü cümlə mühəyya,Sazəndə, bazəndə bütün cabəca.Məəttəl qalacaq yəqin bil, əmmaXan verməsə rüsxət, mənim əzizim.

Hər nə ki, eylərəm peşkəş, pəyandaz,Məhəlgüzar olub heç birin almaz.Gümanım var edə ol bəndənəvazGər at olsa, rəğbət, mənim əzizim.

Kari-xeyrə əlac olmasa səndən,Dəxi indən belə iş keçib məndənBir ərəbi-bədöy gəlib-gedəndənGöndər, əlbət-əlbət, mənim əzizim.

Bir uzun ağızlı, bir nər dodaqlı,Bir ahu baxışlı, qarğı qulaqlı,Bir ceyran paçalı, bir top dırnaqlı, –Tapıla bu babət, mənim əzizim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri