Leyli yarım qəmər hüsnü,Bu boyu, tələti neylər?Yar ləbindən şəkər əmən,Şəkəri, şərbəti neylər?

Siyah zülfü kəmənd olan,Dahani dolu qənd olan,Əzəl ilqara bənd olanSənədi, sərxətti neylər?

Abbas ağlar-gülər olsa,Göz yaşını silər olsa,Bir yar ki, dərd bilər olsa,Göz, qaş işarəti neylər?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq