Nə ağlarsan, nə sızlarsan,Bir dərdi beş olan könlüm!Axırda zünnar bağlarsan,Qəmə yoldaş olan könlüm!

Bir yar gəlir obasından,Alım dərdü-bəlasından,Çərxi-fələk badasındanİçib sərxoş olan könlüm!

Abbas ağlar arsız-arsız,Dünya olub etibarsız,Deyirdin dözərəm yarsız,Döz, bağrı daş olan könlüm?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale