Gecə-gündüz qan ağlaram,Artıbdı fərağım mənim.Başımı alıb gedərəm,Tutduğca ayağım mənim.

Fələk salıb işim ləngə,Düşmüşəm qovğaya, cöngə,Aşaram Hində, Firəngə,Alınmaz sorağım mənim.

Abbas qürbət elə varsa,Namərd olar dala qalsa,Deyilənlər gerçək olsa,Sönübdü çırağım mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri