Ha deyirsən gələcəyəm, gəlməzsən,Bu qədər insanda ayılan olmaz.Sənin qəmzən kimi xəncəri-xunriz,Mənim bağrım kimi ayılan olmaz.

Bir yerdə ki, şərh eyləyə araya,Arif gərək o mənanı araya,Saqi oldun sən ki, düşdün araya,Dəxi bu məclisdən ayılan olmaz.

Dərin dərya kənarında yaqusən,Tök rəqibin gözlərinə yaqusən,İnsafi yox, qəzəği yox yaqusən,Hərgiz sənə mayil ayılan olmaz.

Neçə aşiq can veribdir dərində,Neçəsi də pabəstədi dərdinə,Muradımız hasil xaki-dərdindəYatarıq illən, ayılan odmaz.

Sonalar gölləri bulanıq olar,Piltə cismim yanar bulanıq olarGörəndə Zakiri bulanıq olarZülfün kimi bədxu ayılan olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri