Heyf ki, bilmədim çay kənarındaYetişən guşimə bu səda qıydı.Yoxsa qətl-am edib xublar aşiqinSəs səsə veribdir bu səda qıydı.

Çeşmimin yaşından dirilən olmaz,Siyəh zülfün kimi dirilən olmaz,Yar gəlməsə məndən dirilən olmaz,Məni xəstə salan bu səda qıydı.

Müjganları tökər yağı gölərin,Əritdi cismimdə yağı gözlərin.Qanlıdır aşikar yağı gözlərinBu yayı, bu oxu bu səda qıydı.

Gündüz yüzə çıxa bilməz yarasan,Əfv olursan qulluğuna yarasan.Etibar eyləmə, çarə yarasan,O biri şəfadı, bu səda qıydı

Hahan qəmin yetər oldu üzə yar,Az qalıbdır Zakir canın üzə, yar.Səri-zülfün qoma düşə üzə, yar,Qorxuram üzari bu səda qıydı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq