Yox məndə bəs ki, tabü təvan hicr dağına
Yox məndə bəs ki, tabü təvan hicr dağına,Çarə budur: yıxam özümü xüm ayağına.
Bir ləhzə, kafirəm, çıxa meyxanədən əgər,Zöhd əhlinin dəgə meyi-gülgun dodağına.
Hər kim dilərsə rahəti-dünyavü axirət,Versin özün o piri-müğanın bucağına.
Yüz fərqi var badə ilə abi-kövsərin,Su içsin, ol kəsin dəgə bu söz damağına.
Can sədqə olmasınmı ki, əbrulərə, edorPeyvəstə şərhi-halımı yarın qulağına.
Pürpiç zülfi qaməti-sərv üzrə, der görən,Mari siyahlərdi çıxar gül budağına.
Can qılsa pişvazi-xədəngin əcəb degil,Lazımdı mizobanə təvazö qonağına.
Ey didə, əşki gedə kuyi-dilbərə,Mərdüm gərəkdir ögrədə adab uşağına.
Kəs şəm başını, uzadır dil üzarına,Zahirdə baxma hiylə ilə ağlamağına.
Xari-müjəmdən etməsə əndişə, Zakira,Sərvi-sahi basardı qədəm göz bulağına.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-yox-mende-bes-ki-tabu-tevan-hicr-dagina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Adətdir xublara başdan, binadan,Bir müddət aşiqə hələ yağ çəkər.
Aralıda meyü məhbub olmasaAralıda meyü məhbub olmasa,Bahar zimistandan betərdir mənə.
Bağrım şan-şan olur zənbur evi təkBağrım şan-şan olur zənbur evi tək,Gözüm tək, sən gəzən otağa düşər.
Bil ki, bədəsildən yoxdu fayidəBil ki, bədəsildən yoxdu fayidə,Üzəsən canını yüz qabağında.
Başqa şairlərin şeirləri · Eşq
Əbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Nigârâ firkatundan cân üzileNigârâ firkatundan cân üzileVisâlün sâ'atinde dil ezile