Adətdir xublara başdan, binadan,Bir müddət aşiqə hələ yağ çəkər.Elə ki, yandırdı dürüst ayağın,Görərsən ki, yavaş-yavaş dağ çəkər.

Beş gün, üç gün duzlar tərəsin əvvəl,Aralıqda olur filcümlə get-gəl,Sonra deyər çoxdur yanımda əngəl,Biçarə eşikdə iştiyaq çəkər.

Aldadıban alar əlindən varın,Elə ki, keyfincə, saf gördü karın,Xəlvətdə öyrədər motalçıların,Kimi qapaz salar, kim çomaq çəkər.

Əzəldən deyər ki, bəri dur, bəri,İrəli gedərsən o durar geri.Səni görcək özün soxar içəri,Tünd olub, qapını bidamağ çəkər.

Lənət olsun bədəsilə, gövdənə,İstəmə, əgərçi can verə sənə;Şikəstə Zakirəm, gərəkməz mənə,Bu xiffəti hansı qurumsaq çəkər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri