Aralıda meyü məhbub olmasa
Aralıda meyü məhbub olmasa,Bahar zimistandan betərdir mənə.Gül görmək dəxi də dərdim artırır,Tamaşayi-gülşən zərərdir mənə.
Saqi, xoş hekayət istərsən əgər,Bir cam ilə eylə damağımı tər.Keyfiyyəti-badə, nəşəyi-sağər,O Cəmşidi-Cəmdən xəbərdir mənə.
Bu qədər ki, vardı dildə iztirab,Ləli-ləbdən özgə söyləmə cavab;Mən özüm bilirəm şərbəti-innabDəfi-hərarəti-cigərdir, mənə.
Ruzi-qiyamətdə var çox əlamət,Ehtiyatım yoxdur ondan nəhayət.Görməsəm, başıma qopar qiyamət,Sərvi-qədin məddi-nəzərdir mənə.
Ey Nəbiyyi-Mürsəl, ey kani-kərəm,Zakirəm, şəfaət səndən istərəm.Bir əməlim yoxdur, onda neylərəmDeyələr tuşeyi-səfərdir mənə.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-aralida-meyu-mehbub-olmasa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqiya, badeyi-gülguni gətir mala-mal!Etmə təxir, zərurətdə xətadır ehmal!
Çıx xanədən, ey sərvəri-səhi, can sənə qurban!Çıx xanədən, ey sərvəri-səhi, can sənə qurban!Əzm eylə gülüstanə, gülüstan sənə qurban!
Bayram günüdür, zövqü səfa xanələr içrəBayram günüdür, zövqü səfa xanələr içrə,Cananım oturmuş neçə cananələr içrə.
Basdı qədəm başıma sərvi-səhiqamətimBasdı qədəm başıma sərvi-səhiqamətim,Keçdi fələkdən yenə dəbdəbeyi-rifətim.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Vaiz bu qədər zəmmini etməzdi şərabın,Bir bilsə idi ləzzətini badeyi-nabın.
Gümüşbədənli gözəllərin sevgisi məni heyran edirƏhvalimdən büt kimi məni xəbərsiz qoyur.
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaDüşdüm genə meyxanədə xoşhənglər içrə,Gördüm genə bir rəng ilə gülrənglər içrə.