Gözəl çox olur, sevdiyim
Gözəl çox olur, sevdiyim,Sən nə ziyadə göyçəksən;Zikri-ləbin dəhanımıGətirir dadə, göyçəksən.
Söylədi behiştdən gələn;Sənin tək yoxdu müstəhsən.Əvvəl elə bilirdim mənBizim aradə göyçəksən.
Aşiq alıbdır dörd yanın,Atarsan növki-müjganın,Əsirgəməzsən peykanın,Əcəb üftadə göyçəksən.
İxtilatındır məzəli,Sözündən canlar təzəli,Ellərdi bəzək gözəli,Vəli, sən sadə göyçəksən.
Hədyan söylər öz-özünə,Qatışma onun sözünə;Giribsən Zakir gözünə,Bilməzəm yadə göyçəksən.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-gozel-cox-olur-sevdiyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu bahar fəslində, mürüvvətdirmi,Sevgili yarından göz iraq olsun?
Bu bahar fəslində, gül mövsümündəBu bahar fəslində, gül mövsümündəHər kimin ki, ola yarı yanında,
Bu gün – bayram günü səhni-çəməndəBu gün – bayram günü səhni-çəməndəGördüm nazəninlər xürrəm oturmuş.
Qadir Allah bir də səbəb salaydıQadir Allah bir də səbəb salaydı,Bəyaz cəbinində tağı görəydim.
Başqa şairlərin şeirləri · Eşq
Salma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,