Bu bahar fəslində, gül mövsümündəHər kimin ki, ola yarı yanında,Bürci-Əsəddədir kövkəbi-bəxti,Bil ki, bəxtəvərdi tarı yanında.

Dolanım başına, ey sərvqamət,Qonaq kafir olsa, lazımdır hörmət.Bir kimsəsi yoxdur, eylə məhəbbət,Qoyub getdim dili-zarı yanında.

Baxma firibinə hərzəguların,Aralıq vurmaqdı işi buların.Adətdir ki, olur xubrularınSevgisinin yadigarı yanında.

Onun kimi baş aşağı, üftadə,Tapılmaz, gəzəsən dari-dünyadə.Gümanım budur ki, ola ziyadəGünbəgündən etibarı yanında.

Gətirmişdi saf Zakiri amanə,Derdi gedəcəyəm kuyi-cananə,Xeyir görsün, istər düşsün ziyanə,Yaman-yaxşı saxla, barı yanında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri