Qadir Allah bir də səbəb salaydı
Qadir Allah bir də səbəb salaydı,Bəyaz cəbinində tağı görəydim.Sürtəydim üzümü gülgəz yanağa,Siyah zülfü, tər buxağı görəydim.
Səs-səsə verəydi həzarə, bülbül;Xuraman-xuraman, əllərində gül,Gəzəydin hər tərəf bağı, görəydim.
Bu dövran dolanıb, zəmanə dönə,Tarının kərəmi olaydı mənə,Oturub səninlə dizbədiz gənəDeyib, gülüb, danışmağı görəydim.
Dərdü qəm çəkməkdən qan olub cigər,Gətirən yox nazlı yardan bir xəbər.O qədər ölməyəydim mən, müxtəsər,Gənə o gördüyüm çağı görəydim.
Zakirəm, çəkərəm cövrü cəfanı,Yadlar ilə sürər zövqü səfanı;Nə gərək sevəydim ol bivəfanı,Nə də belə hicran dağı görəydim.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-qadir-allah-bir-de-sebeb-salaydi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ömürlər səf edib, canlar üzməmiş,Həmdəm olmaz ey dil, oturan, sənə.
Ha deyirsən gələcəyəm, gəlməzsənHa deyirsən gələcəyəm, gəlməzsən,Bu qədər insanda ayılan olmaz.
Heyf ki, bilmədim çay kənarındaHeyf ki, bilmədim çay kənarındaYetişən guşimə bu səda qıydı.
Heç bilməzəm nəəqt vəqtədən sevdiyimHeç bilməzəm nəəqt vəqtədən sevdiyim,Gözlərim yolunu bu saqi nədi?
Başqa şairlərin şeirləri · Eşq
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.