Əkinçi, səpinçi gününə yaxın,Dəmirçi, kömürçü gününə yaxın,Bu günü qoparaq il budağından,Elə adisinin, elə bozunun.Süpürüb qarını, silib tozunuYuyub gözümüzdə, sözümüzdə bizSərib qurudub da sinəmizdə biz,O günə ad verək, ad – Günəş günü,Əkək ağlımıza, yaddaşımıza.Bir gün salam verək – İşığın aydın!Töhfəmiz olmasın işıqdan ayrı.Bir gün işıqlansın zirzəmilər də,Üzügülər olsun gözü nəmlər də.O gün:

Birinci and yeri qoy Günəş olsun,Bir yola çıxacaq iki istəyin...Son dəfə baxdığı qoy Günəş olsunƏlacsız xəstənin, ağır xəstənin.İşıq xərcləməyək cinayətlərə,İşıq xərcləməyək xəyanətlərə,Çörəyə nur qataq, suya nur qataq,Söhbətə nur qataq,Sözə nur qataq!İşıq çaparları meydanı açaq,Ulduzlar tökülsün tamaşasına.A şair, qurutma yaranı duzla,Qaralıq gətirmə sən ağ şerinə.Bir işıq ilinə gələn ulduzlarYüz işıq ilinə dönməz yerinə.Dünyamız o qədər qatı dumanda:Gözləri tor bağlar ulduzların da.Bir günün nurunu yığsaq bir yerə,Bəs edər ən tutqun planetlərə.Bu bir günO qədər xoş olsun, o qədər işıqO qədər mülayim, o qədər ilıq...Pis sözlər küllənsin söz küllüyündə,Pis günlər utansın pis günlüyündən...Haylayıb Nazimin çocuqlarını,Bir gün onlara da işıq içirdək.Bir gün heyrətimiz tuşlansın göyə,Dünyada nə vardır heyrətdən böyük?Qıraq raketlərin qanadlarını,Kürsüdən endirək diplomatları.Dartıb hədə-qorxu nazirlərininYarımçıq saxlayaq çıxışlarını,Onların parlament alqışlarınıQapıb əllərindən ütək bir anda,Bu bir gün seçici salonlarındaSəssatma, səsalma nırxını alaq.Bu gün dünyamızdaBir rəngli bayraqBir rəngli hökm olsun,Bir rəngli arzu.Nə üz cırmaqlansın, nə göz yorulsun,Qoy bu gün tərifə öyrənişənlərGünəşin eşqinə sağlıq desinlər,İmzalarla deyil, gözlə görsünlər:Ağlın duruluğu nə təhər olur,Hökmün bulannığı nə təhər olur,Günəşin işığı necə paylanır,Niyə bu işıqlar gecə paylanır?Amma ki, satılır toxum yerinə...

Hər günü, hər ayın kürəyində yük,Vahimə tuşlanır yerin qəlbinə.Bəşərin inadı qorxudan böyük,Təsəlli məlhəmdir insan qəminə.

Deməyin boşalmaz bu dolu boşluq –Zərrəni zərrəyə düysə bu birlik.Bəlkə bu minvalla günə gün qoşubDünyada işığı qoruya bildik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri