Kiminsə əlində sıyrıldı bıçaq,İştahlar əmliyi diricə yedi.Sarılıb quzunun boynuna uşaq«Yazıqdır, kəsməyə qoymaram», – dedi.

Baxmayıb uşağın göz yaşlarına,Kəsdilər quzunu, selləndi qanı.

Uşaq fit yolladı yoldaşlarına,Uşaq harayladı it dostlarını.

Dedilər, bişəndə dirilər quzu,Uşaq da inandı, ovundu, durdu.Uşaq inadını kabab qoxusuGizlicə-gizlicə ovundururdu...

Hardasa dil açdı bir çoban neyi,Hardasa bir həzin bulaq ağladı.Kiminsə taleyi quzu taleyi,Kiminsə dalınca uşaq ağladı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri