Şair, nə qazandın?
Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.Əlağa VAHİD
Yalan yalmanına əli dəymədi,Üzəngi bassa da tərifçi çapar.Baş da əydirmədi, baş da əymədi,Dili dil açmadı ağlından qabaq.
Mən onu görmüşdüm nurani çağda,Qızıla sarınmış yumaq kimiydi.Mən onu görmüşdüm pirani çağda,Uşaqdan da uşaq, uşaq kimiydi.
Sınardı, deməzdi ürəyim sınıb...Yerə də, göyə də halaldı andı.Manat əvəzinə əlyazmasınıAca-yalavaca bağışlayandı.
Qəlbində bir işim Məcnun gümanı,Dəminə dəmkeşdi qəmi də hərdən.Azanda, çaşanda öz ünvanınıDönüb soruşardı sürücülərdən.
Mən onu görmüşdüm ürəyi güzgü,Palıd gövdəsinə bənzəri vardı.Mən onu görmüşdüm üzülü, üzgün,Büdrəsə, qarışqa tapdalayardı.
Onu görməmişdim o illərdə ki,Xəyanət yarğandı mərdanəliyə,Zaman da ikili, zaman da iki,Zaman da yorğandı mərdanəliyə.
İnsana qanaddı adi həvəs də,Həvəsi gözündə qalanlar azmı?Məhbəs də, qəfəs də, həbs də, qəsd dəİnsan mərd olanda həddini aşmır.
Ağ yola səslərdi istəklər onu,Mərdin söykənəyi qayadı, dağdı.Mərdanə olmasa küləklər onuQatıb yarpaqlara aparacaqdı.
Mən onu görmüşdüm ürəyi güzgü,Mən onu görmüşdüm üzülü, üzgün.Heç onu görmədim hüzünlü, küskünŞair, nə qazandın mərd olmağınan!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-sair-ne-qazandin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İlahi, sən saxla, kallaşır insan,Ölüm adiləşir, dərd adiləşir.
Bu millətə nə verdik ki?Bu millətə nə verdik ki?Kimsə qapdı ziyasını,
Yaşamağa nə var ki?Özündən azca uzağıMəni görməyə qoymurlar.
Düşmən qabağından qaçan «kişilər»Başını qorudu boş papağınan,Pay verdi düşmənə zər tabağınan;
Başqa şairlərin şeirləri
Ağzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.