Düşmən qabağından qaçan «kişilər»
Başını qorudu boş papağınan,Pay verdi düşmənə zər tabağınan;Tökdü namusunu it qabağınaDüşmən qabağından qaçan «kişilər».
Əl versə, əlindən əlim yapışmaz,Yansaq bir ocaqda külüm yapışmaz.Adını tutmağa dilim yapışmaz...Döyüş meydanından qaçan «kişilər».
Dərədə quzğuna leş olsa yaxşı,Özü öz başına daş olsa yaxşı,Mal kimi naxıra qoşulsa yaxşıDüşmən qabağından qaçan «kişilər».
Qaçır varlığından, varından qaçır,Qaçır qeyrətindən, arından qaçır.Oğlundan, qızından, yarından qaçırDöyüş meydanından qaçan «kişilər».
Ha qaçsın – hardasa dirənər dağa,Haqqı yox özünə qəbir qazmağa.Haqqı yox bu yurda ayaq basmağa –Düşmən qabağından qaçan «kişilər».
Qəsdə, xəyanətə quyruq olandır,Buyruqçu olandır, buyruq olandır,Yurdsuz duyğulara duyğu olandırDüşmən qabağından qaçan «kişilər».
Qaçır hiddət dolu nifrətə doğru,Qaçır nifrət dolu hiddətə doğru.Qaçır düşmənlərə xidmətə doğruDöyüş meydanından qaçan «kişilər».
2 noyabr 1993
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-dusmen-qabagindan-qacan-kisiler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəhrləri döndər belə haqqa sarı,Haqq qapısın açmır, atam, haqq açarı.
Ay AllahŞəhidlərin çoxu mərdlər,Namərdlər artır, ay Allah!
QayıtmaGördü öz işini ömür də, vaxt da;Qayıtma geriyə, qayıtma daha.
Bu insan adlanan insanİlahi, sən saxla, kallaşır insan,Ölüm adiləşir, dərd adiləşir.
Başqa şairlərin şeirləri
Dilbəra, dərdi-dilimdən belə ünvan etdimKi, qəmi-hicrdə dil mülkünü viran etdim.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
از کوری چشم فلک امشب قمر اینجاستآری قمر امشب به خدا تا سحر اینجاست