Dostum Heydər Həsənoğluna.

Tənha çağımda yığışır,Dostlarım, haxdan danışır,Kimi taxtımdan yapışır,Kimi toqqamdan yapışır,Yerə gəlməyə qoymurlar.Ölüm-qalım savaşında,Məni ölməyə qoymurlar.Düzə doğru düz gedənlərMəni ölməyə qoymurlar.

Bəxti nahaq yatmışlarınDərdini kim yaza, Allah?!Yazda ölüm asan olur,Saxla məni yaza, Allah!Zarımağı, sürünməyiEylə mənə yasaq, Allah!Ünvanıma əssə, nə qəm,Ölüm səsli sazaq, Allah –Məni ölməyə qoymurlar...

Mən deyəni kim deyəcək?Çox yollara çıxar bu iz.Söz döyüşdə ölməliykən,Söz ciblərdə paslı kilid...Yurdun əlsiz yazarları,Əlsiz, dilsiz yazarları,Məni ölməyə qoymurlar.Adsız şəhid məzarları,Məni ölməyə qoymurlar.

Millət dananlar azalar,Millət sevərlər çoxalır.Bu millətin ovqatındaHümmət sevərlər çoxalır.Açıq-aşkar az olsa da,Xəlvət sevərlər çoxalır,Bu sevərlər arasındaMəmməd sevərlər çoxalır,Məni ölməyə qoymurlar...

18 sentyabr 1994

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri