Bu insan adlanan insan
İlahi, sən saxla, kallaşır insan,Ölüm adiləşir, dərd adiləşir.Bu insan yanında insan da yansaSanır tamaşadır – bu haray-həşir...
Baş əyir, and içir ana torpağa,Aşınan, daşınan torpağı görmür.And içir ulduzlu, aylı bayrağa,Böyründə dilənən uşağı görmür.
Bu insan qara daş, paslıca dəmir,Görmür, görə bilmir səpilən dəni.Seçmir, seçə bilmir, seçmək istəmirQara geyinəndən ağ geyinəni.
İndi bu insanı ayır, tap-tanıQələm görə-görə, söz görə-görə!Qadın təhqirlənir, qoca tapdanırQanun görə-görə, göz görə-görə.
Ölüm adiləşir, kallaşır insan...Onsuz da ah-vayı ölü eşitmir,Kallaşa-kallaşa karlaşır insan,İçinin səsini çölü eşitmir...
Görmür göz yaşını, çay görən insan,Vay deyən, saç yolan ananı görmür,Özü də özünün çıxır yadından,Özünün oduna yananı görmür.
O qədər qan tökən əl var ki, görür:O, axan qanı da axan su bilir.O qədər qəribə hal var ki, görür;Ulayan iti də qonşusu bilir...
Gözümün aynası, oyat nurunu,Boylan ürəyimə bir səhər çağı,Gəzdirib sinəmdə boyat nurunu,İnsanı harayla, insanı çağır.
Bir gör ürəyimdə insan yatırmı?İnsanla baş-başa insaf yatırmı?İlahi, sən saxla, kallaşır insan,Kallaşa-kallaşa karlaşır insan...
5 sentyabr 1992
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-bu-insan-adlanan-insan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir taleyin oyununda cütlənmiş zərik,Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Mübarəkdi, mübarək!Andım, yoxdu – bu urvadı, bu duzdu.Andın varsa – quruşdan da ucuzdu.
Qara dəniz şərqisiYer əlimdən, göy telimdən öpürkən,Mən Koroğlu,
Başqa şairlərin şeirləri
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Yaradan səniHalal olsun bu qamətə, bu boya,Nə gözəl yaradıb yaradan səni.