Dünya sənin, dünya mənim...
Bir taleyin oyununda cütlənmiş zərik,Yüz il qoşa atılsaq da, qoşa düşmərik.Bir zərrənin işığına milyonlar şərik,Dünya sənin,Dünya mənim,Dünya heç kimin...
Çevrəsindən çıxsa əgər sevda fırfıran,Bir ümidin ətəyindən tutub da fırlan,Eşidərsən: pıçıldayır yıxılan, duran,Dünya sənin,Dünya mənim,Dünya heç kimin...
Bu get-gəllər bazarına dəvədi dünya,Bu ömür-gün naxışına həvədi dünya.Əbədiyə qəh-qəh çəkər əbədi dünya,Dünya sənin,Dünya mənim,Dünya heç kimin...
Ayaq saxla, dövrənə bax ötəri belə,Min illərdir Araz belə, Həkəri belə.Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,Dünya mənim,Dünya heç kimin...
Gülünclərə gülünc gələn bu ada güldüm,Yüyəninə hər əl yetən bu ata güldüm,Mən özümlə oynadığım şahmata güldüm...Dünya sənin,Dünya mənim,Dünya heç kimin...
May – iyun, 1986
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-dunya-senin-dunya-menim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gecə ölümlə baş-başa yatdım,Bir gecə qoymadım işıqlar sönə.
Şöhrətə atılan gülləİlya Çavçavadzeni öldürən güllə*indi onun ev-muzeyində saxlanılır.*
Fillərin ömrüAmandır, fillərin ömrünü qoruyun.Filləri yaşadan
Çinarla söhbətQoca çinar, bu səs məni bezdirdi, əzdi,Otağımı, yatağımı haraya dartım,
Başqa şairlərin şeirləri
Müshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Dəniz tamaşasıGünəş qürub ediyor; göy... mühitimiz gömgöy...Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,