Soyuq görməmişdik illərdən bəriBu necə iqlimdir? –Birdən soyudu...Qapıb əlimizdən ilıq günləriQəfil qasırğalar göyə sovurdu.

Biz əzəl bilməzdik nə göy, nə hava,Bilməzdik qar nədir,Ya külək nədir.Biz onda bilməzdik ayağımız var,Biz onda bilməzdik yerimək nədir.

Gah olur yaddaşın yadlaşır mənəMənim də arada başım qarışıq...Nə deyək bu payız küləklərinə,Bir ay heç birimiz zəng vurmamışıq.

Yenə qoşalığı təklikdə gəzim,Yenə də bu məlum söz gərək oldu:«Havalar soyuqdur.Əynim də nazik...»Yenə bir bəhanə bürüncək oldu.

Nə sən əsirimsən, nə də mən kölən,Əskilən məhəbbət əskidən betər.Məhəbbət itəndə ayrılıq bitir,Xəyanət bitəndə nə itir görən?..

Yağır ayrılığın yağışı, qarı,O görüş, o həsrət isinəcəkmi?Bir də, aramızda bu havalarıİsidən məhəbbət isinəcəkmi?..

Pitsunda,sentyabr, 1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri