Bir gecə...
Bir gecə ölümlə baş-başa yatdım,Bir gecə qoymadım işıqlar sönə.Kimsə ulduzları qoparıb atdıBu gecə şəhərin küçələrinə.
Ölüm yarasaymış, əsil yarasa;İşıqdan çiyrənib – zülmətdə itir.Ən ağır şivənə, ən ağır yasaƏldə işıq gedin, gözdə nur gedin.
Bir gecə ölümlə baş-başa yatdım,O görə bilmədi məni yanında.Bir gecə ölümü yaman aldatdım,Ölüm kor olurmuş işıq yananda.
Yanvar, 1972
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-bir-gece
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
4. Qəbrin üstə düşdü ilk qar...
Bu gün səhər narın-narınQəbrin üstə töküldü qar.
Çevril bir bəri bax, ey yari vəfadar getməÇevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.
Bilüme müşg saçunı şehâ kemerlenüremBilüme müşg saçunı şehâ kemerlenüremNiçe ki gamzen oh ura ciğerde ferlenürem
یکی بخرام در بستان که تا سرو روان بینیدلت بگرفت در خانه برون آ تا جهان بینی